ŞƏHİD ANAR MÜRSƏLOV ADINA MƏKTƏBLƏTANIŞLIQ
Dövlətimizin başçısı əvvəlcə Daşkəsən rayonunun keçmişini və bugününü əks etdirən fotoguşələrə baxdı.
Məlumat verildi ki, 500 şagirdin təhsil aldığı məktəbin üçmərtəbəli binası Təhsil Nazirliyi tərəfindən yüksək səviyyədə təmir olunmuşdur.
Prezident İlham Əliyev ayrı-ayrı siniflərə, kompyuter otağına baş çəkdi. Gənclərin müasir texnologiyalardan istifadə etməsinin, məktəblərin kompyuterləşdirilməsinin əhəmiyyətini vurğuladı.
Məktəbin direktoru Frunze Rüstəmov təhsilə göstərdikləri diqqət və qayğıya görə dövlətimizin başçısına, habelə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya təşəkkürünü bildirdi. Şagirdlərin yaxşı təhsil alması üçün hər cür şərait yaradıldığını bildirən direktor məktəbin kitabxanasına verilən latın əlifbası ilə çap edilmiş kitablara, dərs vəsaitlərinə, bədii ədəbiyyata görə də minnətdarlıq etdi.
Məktəbin qarşısındakı binaların eyvanlarına çıxan sakinlər Prezident İlham Əliyevi və xanımını səmimiyyətlə salamladılar, Daşkəsənə göstərdiyi qayğıya görə təşəkkürlərini bildirdilər.