CƏMİYYƏT
Şəhid Səddam Hüseynovun ailəsi ziyarət olunub
Bakı, 4 oktyabr, AZƏRTAC
Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən ziyarət olunur.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid Səddam Hüseynovun Tovuz rayonu, Çeşməli kəndində yaşayan ailəsi ziyarət edilib.
Ailənin sosial vəziyyəti araşdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri sosial dəstək tədbirləri ilə əhatə olunurlar.
Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Ailənin yaşayışının hər zaman diqqətdə saxlanılacağı, şəhid ailələri üçün nəzərdə tutulan dəstək tədbirləri ilə əhatə olunacaqları qeyd edilib.