Şəhidlər xiyabanını ziyarət
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 19-da Şəhidlər xiyabanına gəlib.
AZƏRTAC xəbər verir ki, qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]