SƏHİYYƏ NAZİRİ TALASSEMİYALI XƏSTƏLƏRİN VALİDEYNLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Səhiyyə naziri bir daha valideynlərin diqqətinə çatdırmışdır ki, son 4 ayda talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsini daha da yaxşılaşdırılmaq üçün Səhiyyə Nazirliyində Dövlət proqramları işlənib hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir. Hazırda bu proqramların həyata keçirilməsi üçün tədbirlər planı üzərində iş aparılır. Nazir demişdir ki, bunlardan başqa PSR aparatının, reaktiv cihazların alınması üçün də göstəriş vermiş, talassemiyalı, hemofiliyalı və digər xəstələrin problemləri ilə bağlı məsələləri beynəlxalq qurumlarda keçirdiyi görüşlər zamanı daim diqqətə çatdırmışdır.
Nazir bildirmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə çox qısa müddətdə talassemiyalı xəstələrin müalicəsi üçün xüsusi mərkəzin tikintisinə başlanılacaqdır.
Görüşün sonunda Oqtay Şirəliyev valideynlərə onları narahat edən problemlər barədə fikirlərini ona yazılı şəkildə bildirməyi xahiş etmişdir.