SƏHİYYƏ NAZİRLİYİ SANİTARİYA AYLIĞI KEÇİRƏCƏKDİR
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar nazirlikdə qərargah yaradılmış, respublikanın müalicə müəssisələrinə aylığın yüksək səviyyədə keçirilməsi üçün tədbirlər planı hazırlamaq və icra etmək barədə göstəriş verilmişdir.
Aylıq ərzində tibb müəssisələrinin abadlaşdırılması, yaşayış məntəqələrinin, o cümlədən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərin su təchizatının yaxşılaşdırılması, kanalizasiya sistemlərinin qaydaya salınması, təmizlik işləri görülməsi, yeyinti məhsullarının istehsalı və satışı sahəsində olan nöqsanların aradan qaldırılması məsələləri ön plana çəkiləcəkdir.
Səhiyyə Nazirliyi aylıqla bağlı müraciət qəbul etmişdir. Müraciətdə deyilir: Tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə, təşkilat, ictimai birlik və geniş əhali təbəqəsini aylıqda fəal iştiraka dəvət edirik.