Şəkidə 1,5 ton narkotik vasitə məhv edilib
Bakı, 18 may, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 1,5 ton olan 17 min 880 çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.