Şəkidə aztəminatlı ailələrə ərzaq yardımı edilib
Şəki, 15 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu respublikamızın şimal-qərb bölgəsi rayonlarında aztəminatlı ailələrə, əlil və imkansız şəxslərə dəstək aksiyasını davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində aprelin 14-də Fondun direktoru Gülbəniz Bayramovanın iştirakı ilə Şəki rayonunda 200 aztəminatlı ailə, əlil və köməyə ehtiyacı olan şəxsə ərzaq bağlamaları paylanılıb.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, karantin günlərində “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu tərəfindən Qax, Zaqatala və Balakən rayonlarında da aztəminatlı ailələrə və əlillərə ərzaq yardımı edilib.