ŞƏKİDƏ YAZLIQ BİTKİLƏRİN ƏKİNİ DAVAM EDİR
Şəkinin təsərrüfatlarında yaz-tarla işlərinin qızğın çağıdır.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, indiyədək rayonda 832 hektar sahədə dən üçün qarğıdalı, 741 hektar sahədə kartof, 699 hektarda tərəvəz, 340 hektarda bostan bitkiləri, 196 hektarda tütün, 85 hektar sahədə günəbaxan və digər bitkilər əkilmiş, habelə 1.844 hektar sahəyə çoxillik yonca səpilmişdir. Ümumiyyətlə, mövsümün əvvəlindən indiyədək rayonda 5 min 334 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 234 hektar çoxdur.
Təsərrüfatlarda, eyni zamanda, taxıl biçini kampaniyasına da ciddi hazırlıq görülür. Texnika saz hala gətirilir, anbarlar dezinfeksiya olunur.
Rayonun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]