Şəkinin daha iki kəndində modul tipli məktəblər quraşdırılacaq
Şəki, 7 may, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il mayın 6-da imzaladığı Sərəncama əsasən respublika ərazisində 34, o cümlədən Şəki rayonunun kəndlərində 2 modul tipli məktəb quraşdırılacaq. Rayonun Təpəcənnət və Qaradağlı kəndlərində ümumi orta məktəblər üçün quraşdırılacaq modul məktəblər müvafiq olaraq 56 və 20 şagird yerlik olacaq.
Şəki Şəhər Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumiyyətlə, son iki ildə rayonda 11 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.
Eyni zamanda, hazırda rayonun Cumakənd, Baltalı və Qumux kəndlərində tam orta məktəblər üçün dövlət vəsaiti hesabına 432, 360 və 132 şagird yerlik yeni binaların tikintisi davam etdirilir. Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən hər üç məktəb binasının növbəti dərs ilinin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.