Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏMKİR-QAZAX AVTOMOBİL YOLUNUN AÇILIŞI

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Şəmkir-Qazax avtomobil yolunun açılış mərasimində iştirak etmişdir.

İnşaatçılar, tikinti şirkətlərinin nümayəndələri və sakinlər dövlətimizin başçısını və xanımını səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” departamentinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov avtomobil yolunun göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Dünya Bankının ayırdığı kredit hesabına çəkilən 2-ci texniki dərəcəli yolun örtüyü, əsasən asfalt-betondur. Yolun hərəkət hissəsinin eni 7,5 metrdir. 9 yeni körpü, 14 keçid salınmışdır. Layihə üzrə görülən işlərə 31,6 milyon ABŞ dolları xərclənmişdir. 603 min kubmetr çınqıl, 1 milyon 617 min kubmetr torpaq işləri görülmüş, yüzlərlə insan işlə təmin olunmuşdur.

Yolun ümumi uzunluğu 94 kilometrdir, 21 kilometri ötən ilin fevral ayında təhvil verilmişdir. 2001-ci ildə ulu öndərimiz tərəfindən təsdiq edilmiş sazişə əsasən, 2011-ci ildən başlayaraq qaytarmaq şərti ilə 35 illik güzəştli kredit hesabına Azərbaycan və Almaniya şirkətləri tərəfindən həyata keçirilir.

İLHAM ƏLİYEV: Deməli, bu yol Qazağa qədər gedəcəkdir, Qazaxdan Gürcüstan sərhədinədək olan hissənin layihəsi ayrıca hazırlanmışdır?!

CAVİD QURBANOV: Cənab Prezident, bu hissə Yevlax-Gəncə yolu layihəsinə daxil edilmişdir.

İLHAM ƏLİYEV: Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi.

CAVİD QURBANOV: Bəli. Bu yolların yenidən bərpa edilməsi nəzərdə tutulmuşdur.

İLHAM ƏLİYEV: Yol enlidir. Baxmayaraq ki, zolaqlıdır, amma enlidir. Məncə, o zolaqlar adi zolaqlardan bir az enlidir.

CAVİD QURBANOV: Sizə məruzə etmişdik. Sizin razılığınızla yolu genişləndirib hərəkət hissəsinin enini 9 metrə çatdırdıq. Yolun yatağı isə 15 metrdir, ancaq 9 metr enində asfaltlanmışdır. Bəzi yerlərdə asfaltın qalınlığı 22-25 santimetrdir.

İLHAM ƏLİYEV: Yəni, bütün yük maşınlarının ağırlığına davam gətirəcəkdir.

CAVİD QURBANOV: Ümumiyyətlə, bu yol demək olar, intensiv şəraitdə tikilibdir. Son üzlük asfaltın döşənməsindən əvvəl burada maşınlar hərəkət edirdi. İnanıram ki, bu yol keyfiyyətlidir.

İLHAM ƏLİYEV: Çox yaxşı. İndi bütövlükdə Bakı-Gürcüstan sərhədi yolunun tikintisi nə vəziyyətdədir, başqa hissələrdə işlər gedir, yoxsa yox?

CAVİD QURBANOV: Cənab Prezident, Hacıqabuldan Kürdəmirədək olan təxminən 86 kilometrlik məsafədə tikinti işləri gedir. Bu işi İtaliya və Azərbaycan şirkətləri görür. Sizin tapşırığınızla yol bütün şəhərlərdən kənar keçir. Ona görə də həmin hissədə yol 10 kilometr uzanmışdır.

İLHAM ƏLİYEV: Əlbəttə, magistral yol şəhərə girməməlidir. Kim istəyir, şəhərə başqa yolla gedə bilər.

CAVİD QURBANOV: Artıq Ucar-Yevlax arasındakı məsafənin çəkilişi ilə əlaqədər iştirakçı firmalar seçilibdir.

İLHAM ƏLİYEV: Hələ orada tikinti getmir?

CAVİD QURBANOV: Allah qoysa, bu ilin dekabrında başlanacaqdır.

İLHAM ƏLİYEV: Yevlax-Gəncə layihəsinə isə yenidən baxacaqsınız.

CAVİD QURBANOV: Bəli, yenidən baxırıq, layihənin icrasına gələn ilin fevral-mart aylarında başlanacaqdır.

İLHAM ƏLİYEV: Elə edin ki, eni kifayət qədər olsun. Bütövlükdə, gələcəkdə ikizolaqlı yolu gərək genişləndirək. O vaxt layihə hazırlananda, nədənsə, Bakı-Hacıqabul yolu dördzolaqlı, Hacıqabul-Gürcüstan sərhədi ikizolaqlı nəzərdə tutulurdu. Elədir?

CAVİD QURBANOV: Bəli.

İLHAM ƏLİYEV: İndi hərəkətin intensivliyi, yük daşımaları artır. Bəlkə də, gələcəkdə dördzolaqlı yol da bəs etməyəcəkdir. Gərək bunun üzərində də işləyək.

CAVİD QURBANOV: Sizin tapşırığınızla biz artıq bunun layihələşdirilməsi ilə məşğuluq. Nəqliyyat Nazirliyində bu məsələyə baxılır. Bütün yolboyu, yəni Bakıdan Qazaxadək olan 501 kilometrlik məsafənin ikinci zolağı yenidən işlənir.

İLHAM ƏLİYEV: Bəli, Bakıdan Hacıqabula qədər artıq bu var. Düzdür, Bakı-Ələt yolu hələ ki, bir az yubanır. O nədən yubanır? Axı bu, Bakıya ən yaxın olan hissədir.

CAVİD QURBANOV: Cənab Prezident, həmin yol əvvəllər ümummilli liderimizin tapşırığı ilə tikilmişdir və eni 50 metrdir. Onun təkcə bir zolağının eni 11 metrdir.

İLHAM ƏLİYEV: Bəli, çox genişdir.

CAVİD QURBANOV: Ancaq tikinti daxili investisiyanın hesabına olduğundan oraya pul ayrılmırdı. Sizin tapşırığınızla gələn il bu yol üçün 10 milyon manat ayrılmışdır.

İLHAM ƏLİYEV: Bu, kifayət edəcək?

CAVİD QURBANOV: Yəqin ki, kifayət edəcəkdir.

İLHAM ƏLİYEV: O yol da bu səviyyədə olmalıdır. Bundan aşağı səviyyədə olmamalıdır. Özü də Bakıya daha yaxındır. Bakıdan rayonlara gedən əsas yol oradandır. Səngəçal terminalına, ondan sonra başqa rayonlara - biri cənub, digəri qərb istiqamətinə ayrılır. Amma çalışın ki, o yol yaxşı vəziyyətdə, yüksək səviyyədə olsun. Ortada olan zolaq isə enlidir. Vaxtilə hansısa məqsədlər üçün belə tikilibdir. Bəlkə də oradan sovet vaxtında tank keçməli idi. O qala bilər və heç bir maneçilik törətmir.

CAVİD QURBANOV: Həmin yol 1980-ci illərdə tikilibdir. Biz hamımız Rafiq Xələfovun tələbələriyik. O vaxt ondan soruşmuşdum. Deyirdi ki, o yolun tikintisi ilə bağlı ulu öndər Heydər Əliyevə müraciət edəndə tapşırmışdı ki, yolu enli tikin. Çünki Bakıya yaxındır. Ulu öndər bunu uzaqgörənlik edib ehtiyat kimi enli tikdirmişdir.

İLHAM ƏLİYEV: İndi ortada olan torpaq zolağını da bəlkə yola qataq?

CAVİD QURBANOV: Cənab Prezident, mümkündür.

İLHAM ƏLİYEV: Bunu etsək, haradasa, 6 zolaqlı yol olacaqdır.

CAVİD QURBANOV: Bəli. Cənab Prezident, Sizin tapşırığınızla Bakı dairəvi yolunun layihəsi hazırlanıb, bir ay, ayyarımdan sonra tikintisinə başlanacaqdır. Həmin yol altızolaqlıdır. Əgər bu altızolaqlıdırsa, davamı kimi dördzolaqlı Ələt yolunu da ona bərabərləşdirmək olar.

İLHAM ƏLİYEV: Bəli, ortada olan torpaq hissəni yol etmək olar. İndi bizim bu qədər imkanımız var. Xüsusilə yol tikintisinə böyük vəsait ayrılır. Gələn il də nəzərdə tutulubdur. Yol Fondu da yaradılıbdır. Bizə imkan verəcək ki, bu işləri çevik şəkildə tənzimləyək.

X X X

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi. İnşaatçılarla, tikintidə iştirak edən xarici və yerli şirkətlərin nümayəndələri ilə görüşüb, onları təbrik etdi. Dövlətimizin başçısı dedi:

- Azərbaycanda bütün yollar ən yüksək səviyyədə olmalıdır. Dünyada harada ən yüksək səviyyədə yol varsa, Azərbaycanda da o yoldan olmalıdır. Mənim tələbim budur. Yaxşı da iş görürsünüz. Mən görürəm, keyfiyyətlidir. Düzdür, bu yolun keyfiyyətini, bəlkə, 2-3 ildən sonra dəqiq biləcəyik. Əgər burada hər şey yaxşı olsa, mən sizi tapıb bir daha təşəkkürümü bildirəcəyəm. Əgər pis olsa, onda gərək gizlənəsiniz.

Dövlətimizin başçısı sonra inşaatçılarla xatirə şəkli çəkdirdi və avtomobili özü idarə edərək, yeni yolun açılışını etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub