Şəmkir rayonunda əsaslı abadlıq-quruculuq işləri davam edir
Şəmkir, 11 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Şəmkir şəhərinin küçələrində genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin 6 küçəsində - Sevil Qazıyeva, Şəmkir, Məmməd Araz, Rüstəm Əliyev, Fərman Salmanov və Zakir Qarayev küçələrində genişmiqyaslı təmir-bərpa işlərinə başlanılıb. Yeni asfalt örtüyü çəkilir, səkilər salınır, kanalizasiya və su xətləri yenilənir. Həmçinin şəhərin mərkəzi küçələrinin divar örtükləri yenilənir, küçələrdə tarixi izlər saxlanılmaqla bərpa, rənglənmə işləri aparılır.