ŞƏMKİR ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Şəmkir şəhərində, ulu öndərin adını daşıyan prospektdə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev burada salınmış Heydər Əliyev parkına baxdı, sakinlərin istirahəti üçün yaradılmış şəraiti, görülmüş abadlıq işlərini, prospekt boyu yaradılan səliqə-sahmanı yüksək qiymətləndirdi.