CƏMİYYƏT
Şəmkirdə yol polisi dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı reyd keçirib
Bakı, 16 may, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarına düzgün riayət olunması ilə əlaqədar tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yol polisi əməkdaşları rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar.
Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.