Sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında Azərbaycan çempionatı davam edir
Bakı, 10 fevral, AZƏRTAC
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ölkə birinciliyi milli komandalara seçim xarakteri daşıyır.
Yarışın sonuncu günündə sərbəst güləş üzrə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Azərbaycan Güləş Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunur.