SİYASƏT
Sergey Lavrov: Türkiyə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında konstruktiv rol oynaya bilər
![Sergey Lavrov: Türkiyə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında konstruktiv rol oynaya bilər](/files/2023/2/1200x630/1693500351204822396_1200x630.jpg)
Moskva, 31 avqust, AZƏRTAC
Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların reallaşdırılmasında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Moskvada görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, eləcə də 2022-ci ilin noyabrından başlayaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında, o cümlədən kommunikasiyaların açılması və böhrandan sonrakı bərpa üzrə əldə olunmuş bütün razılaşmaların reallaşdırılmasında maraqlıdır. Biz əminik ki, Türkiyə bu səylərdə konstruktiv və faydalı rol oynaya bilər”, - deyə Rusiya Federasiyasının xarici işlər naziri vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva