Sərhədçi istehkamçılar Qubadlı rayonunda piyada əleyhinə 120 mina zərərsizləşdiriblər
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilər DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənir.
Sərhədçi istehkamçılar yanvarın 31-də Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında piyada əleyhinə 120 mina zərərsizləşdiriblər.