“Səriştəli metodist” layihəsinə qəbul davam edir
Bakı, 10 avqust, AZƏRTAC
Təhsil İnstitutunun “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində “Səriştəli metodist” layihəsinə qəbul davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri avqustun 15-dək qəbul olunur. Hazırda layihədə iştirak etmək üçün müraciət edən namizədlərin CV-ləri təhlil olunur.
İyulun 14-31-də müraciət etmiş namizədlərdən təlimata uyğun gələnlərin elektron poçt ünvanlarına imtahan mərhələsində iştirakla bağlı məlumatlar göndərilib. İyulun 31-dən avqustun 15-dək müraciət edən uyğun namizədlərlə ayın sonuna qədər əlaqə saxlanılacaq.
İmtahandan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət ediləcək.
Seçilən iştirakçılar yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərə qatılmaq, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı əldə edəcəklər. Layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [14:42]
Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO
- 17.10.2026 [13:24]
Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub
- 17.10.2026 [13:12]
Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur
- 17.10.2026 [11:02]
Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir
- 17.10.2026 [09:09]
Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO
- 17.10.2026 [07:20]
Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]