Serj Sarkisyanın baş nazir seçilməsi Ermənistanda kütləvi etirazlar doğurub
Bakı, 17 aprel, AZƏRTAC
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan respublika parlamentinin aprelin 17-də keçirilən xüsusi iclasında ölkənin baş naziri seçilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iclasda iştirak edən 94 deputatın 77-si vahid namizədin lehinə, 17-si isə əleyhinə səs verib. Ümumilikdə Ermənistan parlamentində 105 deputat təmsil olunur.
Serj Sarkisyanın baş nazir seçilməsi Ermənistan müxalifətinin kütləvi etiraz aksiyaları ilə müşayiət olunur. Yerevanda aprelin 13-dən başlayan mitinqlər davam etməkdədir. Polis paytaxtın bir neçə mərkəzi küçəsini bağlayan aksiya iştirakçılarına qarşı əməliyyat keçirərək onlarla fəalı həbs edib. Toqquşmalarda 40 aksiya iştirakçısı və 6 polis işçisi yaralanıb.
Etiraz hərəkatına başçılıq edən Ermənistan parlamentinin deputatı, “Vətəndaş dialoqu” partiyasının lideri Nikol Paşinyan respublikada “məxməri inqilabin” başlandığını deyib. “Ölkədə inqilabi şərait yetişir. Gümrü, İcevan, Vanadzor, Qafan və Metsamor şəhərlərində etirazçılar küçələri və dövlətlərarası yolları blokadaya alırlar. İnsanlar işə çıxmırlar, kütləvi tətillər başlayıb”, - deyə Paşinyan bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.10.2026 [23:09]
Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq
- 11.10.2026 [20:04]
İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb
- 11.10.2026 [19:47]
Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb
- 11.10.2026 [18:45]
AFP: Ər-Riyadda partlayış baş verib
- 11.10.2026 [17:02]
Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]