Şərqşünas alim beynəlxalq konfransda uşaq ensiklopediyası haqqında məruzə edib
Bakı, 1 iyun, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Fidan Nəsirova Ankarada keçirilən VII BİLTEK Beynəlxalq elmi araşdırmalar və aktual problemlər konfransında iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransa onlayn qatılan Fidan Nəsirova “Uşaq və yeniyetmələr ensiklopediyası” mövzusunda məruzə edib. Məruzəçi yerli mütaliə resurslarının çatışmazlığını aradan qaldırmaq, dünya mədəniyyəti ilə bağlı tərcümə edilmiş mənbələrin əlçatanlığını təmin etmək məqsədilə 1980-ci ildə Cənubi Azərbaycan əsilli Turan xanım Mirhadinin təşəbbüsü və rəhbərliyi ilə uşaqlar üçün insan biliyinin bütün sahələrini əhatə edən, universal məlumat toplusu - “Uşaq və yeniyetmələr ensiklopediyası”nın zamanın tələblərindən yarandığını vurğulayıb. Diqqətə çatdırıb ki, 26 cilddə hazırlanması nəzərdə tutulan nəfis tərtibatlı, uşaqların zövqünü oxşayan rəngarəng illüstrasiyalarla təqdim olunan toplu etibarlı və elmi istinadlarla zəngin mənbədir.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, konfransda maraqlı, elmi müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:27]
Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]