ELM VƏ TƏHSİL
Şərqşünas alimlər “Elsevier” şirkətinin vebinarında iştirak ediblər
Bakı, 16 fevral, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elsevier” şirkəti tərəfindən keçirilən vebinarda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin əməkdaşları - Zaur Məmmədov və Novruz Nuriyev “Scopus” və “ScienceDirect” elmmetrik bazalarında “Effektiv axtarış və təhlil üsulları” mövzusunda təşkil olunan vebinarda elmmetrik göstəricilərin axtarışı və təhlili üzrə təlim keçiblər. Vebinarda “Elsevier” şirkətinin elmi nəşriyyat və informasiya təhlili üzrə mütəxəssisi Saide Sak təlim keçib. Saide Sak vebinar iştirakçılarının “Elsevier” Tədqiqatçı Akademiyası ilə bağlı suallarını da cavablandırıb.
Təlimlərin yekununda vebinar iştirakçılarına sertifikat təqdim edilib.