Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib
Bakı, 10 avqust, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Varşavada keçirilən IV Beynəlxalq Avropa Fənlərarası Araşıdrmalar Konfransında iştirak edib.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransa onlayn qatılan azərbaycanlı şərqşünas “Müasir Misir ədəbiyyatında kənd həyatı və dəyişməyən tarixi reallıqlar” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə XX əsrin ortalarında Misirdə başlayan torpaq islahatlarının kəndlərdə yaratdığı tarixi reallıqlar fonunda yazılmış ədəbi əsərlərin müqayisəli təhlili nəzərə çatdırılıb.