SƏUDİYYƏ ƏRƏBİSTANI MƏMLƏKƏTİNİN VƏLİƏHDİ ƏLAHƏZRƏT ABDULLAH BİN ƏBDÜLƏZİZ AL SƏUDA
Əlahəzrət,
Ər-Riyad şəhərində terrorçuların qəsdi nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Səudiyyə Ərəbistanı xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 noyabr 2003-cü il.