“Şeyx Sənan” əsəri multikulturalizm baxımından böyük əhəmiyyət kəsb edir
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin yazılmasının 105, ilk dəfə səhnəyə qoyulmasının 90 illiyi münasibətilə “Şeyx Sənan” - Azərbaycan ədəbiyyatında ilk mənzum tarixi faciə” mövzusunda elmi sessiya keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Şeyx Sənan” faciəsində dünyəvi və ilahi eşqin təqdimi” mövzusunda məruzə edib. Alim vurğulayıb ki, Hüseyn Cavid “Şeyx Sənan” əsərində klassik ədəbiyyatdan və folklordan da bəhrələnməklə çox gözəl bir məhəbbət dastanı yaratmağa nail olub.
Sonra elmi işçi Sərvər Şirinovun “Şeyx Sənan” və multikulturalizm” mövzusunda məruzəsi dinlənilib. O qeyd edib ki, Hüseyn Cavidin “Şeyx Sənan” əsəri multikulturalizm baxımından böyük əhəmiyyət kəsb edir. Böyük sənətkar multikultural dəyərlərə sadiq qalmaq kimi ülvi idealları əsərdə orijinal formada canlandırıb.
Tədbir iştirakçıları “Şeyx Sənan” əsəri ilə bağlı eksponatlardan ibarət sərgi ilə də tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:18]
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
- 14.05.2026 [18:16]
Müasir dövrün aktual şəhərsalma modelləri - yaz məktəbi
- 14.05.2026 [18:09]
XVI əsrdə dinlərarası dialoq və dini vəhdət təcrübəsi: “Din-i İlahi”
- 14.05.2026 [17:51]
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb
- 14.05.2026 [17:08]
“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir
- 14.05.2026 [16:46]