Şimal bölgəsi üzrə ən yüksək seçici fəallığı Quba rayonunda qeydə alınıb
Quba, 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Saat 15:00-a olan məlumatına görə, prezident seçkilərində şimal bölgəsi üzrə ən yüksək seçici fəallığı Quba rayonunda qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu saatadək 52 saylı Quba seçki dairəsi üzrə qeydiyyata alınan seçicilərin 65,21 faizi (30 min 526 nəfər) səsvermədə iştirak edib.
Ümumiyyətlə, Azərbaycanın şimal regionunda səsvermədə yüksək fəallıq müşahidə olunur. Saat 15:00-dək regionun əhatə etdiyi digər seçki dairələri - 51 saylı Qusar seçki dairəsi üzrə seçicilərin 63,47 faizi (29 min 579 nəfər), 53 saylı Quba-Qusar seçki dairəsi üzrə 63,81 faiz (30 min 916 nəfər), 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə 59,12 faizi (30 min 9 nəfər), 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə 63,30 faizi (27 min 839 nəfər) və 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə isə 64,34 faizi (29 min 399 nəfər) artıq səsvermə hüququndan istifadə edib.
Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan seçicilər 6 seçki dairəsinin tərkibindəki 367 məntəqədə səs verirlər. Bu regionda qeydə alınan seçicilərin sayı 282 min 293 nəfərdir. Onlardan 4 min 719 nəfəri ilk dəfə səs verən gənclərdir. Bölgənin ən yaşlı seçicisi isə Siyəzən rayonunun Böyük Həmyə kəndinə yaşayan 109 yaşlı Nəzimə Dəmilovadır.
Şimal regionunda seçki prosesini yerli və xarici müşahidəçilər izləyir. Bununla yanaşı, 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər bir şəxsə səsverməni onlayn izləmək imkanı verir.