REGİONLAR
Şimal regionunun ümumtəhsil müəssislərində 3 yeni layihə icra olunacaq
![](/files/galleryphoto/2022/3/1200x630/16655815451261128392_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655815453508430_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665581545543755533_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655815455198951466_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655815453372753909_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655815455086549624_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665581545466181464_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655815454350849229_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655815452388730941_1200x630.jpg)
Quba, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 3 fərqli layihə təhsil ictimaiyyətinə təqdim edilib. Quba rayon Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin akt zalında keçirilən təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndələri, təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev təqdim olunan layihələrin vacibliyindən danışıb, regionda fəaliyyət göstərən ümumtəhsil müəssislərində bu layihələrin tətbiqinin tədrisin keyfiyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
Daha sonra hər üç layihə tədbir iştirakçılarına təqdim olunub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev “Ailə-İcma-Məktəb” layihəsini təqdim edərək bildirib ki, layihənin məqsədi məktəb-icma münasibətlərini tənzimləmək, tərəflər arasında sıx və faydalı münasibətlər yaratmaqdan ibarətdir.
Növbəti layihənin təqdimatını Tədrisin keyfiyyət sektorunun aparıcı məsləhətçisi Aytən Əlimərdanova icra edib. “Qonağımız müəllimdir” adlı layihənin məqsədi cəmiyyətin dəyərlərinə hörmət edən, məsuliyyət duyğusu olan, əxlaqlı, düzgün, öz şəxsiyyətinə hörmətlə yanaşan vətəndaşlar formalaşdırmaqdır.
Sonuncu “Hər bir şagird özəldir” adlı layihənin rəhbəri, həm də eyniadlı tədris vəsaitinin müəllifi olan Quba rayon Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin müəllimi Kərimli-Fəridə Dostuyeva təqdim edib. Sözügedən layihədə istedadlı şagirdlərin üzə çıxarılması və onlarla işin düzgün təşkili məqsəd kimi götürülüb.
Sonda çıxış edən Elm və Təhsil Nazirliyinin nümayəndəsi Altun Rəcəbli tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin daim yenilik, keyfiyyət və inkişaf axtarışında olduğunu diqqətə çatdırıb.