ŞİMALİ İRAQDA AMERİKA ƏSGƏRLƏRİ 11 TÜRK HƏRBİ QULLUQÇUSUNU HƏBS ETMİŞLƏR
İraqın şimalında, Süleymaniyə şəhərində ABŞ əsgərləri Kürd Yurdsevərlər Birliyi Partiyası silahlı bölmələrinin köməyilə Türk Silahlı Qüvvələri xüsusi təyinatlı dəstəsinin mərkəzinə hücum edərək, 11 türk hərbi qulluqçusunu həbsə almışlar. Türk əsgərləri silahsızlandırılaraq Kərkük şəhərinə aparılmışdır. Onlar Kərkük şəhərinin kürd əsilli valisinə sui-qəsd hazırlamaqla təqsirləndirilir. Türk hərbi qulluqçularının həbsə alınması Türkiyədə böyük narazılığa səbəb olmuşdur. Türkiyə Silahlı Qüvvələri baş qərargahı NATO-nun Baş komandanlığına göndərdiyi müraciətdə müttəfiq dövlət tərəfindən həyata keçirilən belə bir aksiyaya qəti etirazını bildirmişdir. Türkiyənin xarici işlər naziri ABŞ-ın ölkədəki səfirini nazirliyə çağıraraq, ona etiraz notası vermişdir. Türkiyənin baş nazirinin müavini və xarici işlər naziri Abdulla Gül ABŞ-ın dövlət katibi Kolin Pauel ilə telefonla danışaraq, türk əsgərlərinin dərhal azadlığa buraxılmasını istəmişdir. Türkiyə kütləvi informasiya vasitələri isə əsgərlərin qısa müddətdə azad edilməyəcəyi bəzi türk hərbi birliklərinin şimali İraqa keçə biləcəyini nəzərə çarpdırır. Ölkədəki siyasi şərhçilər isə bu hadisəni indiyə qədər Türkiye ilə ABŞ arasında baş verən ən böyük siyasi böhran kimi qiymətləndirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]