RƏSMİ XRONİKA
Şimali Kipr xalqının lideri Dərviş Əroğludan
Hörmətli Prezident, dəyərli qardaşım.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti olaraq Kipr məsələsində göstərdiyiniz həssaslığa və Şimali Kiprə verdiyiniz dəyərli dəstəyə görə təşəkkürlərimi çatdırır, Zati-alinizə, Hökumətinizə və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına sevgi və ehtiramımı bildirirəm.
Hörmətlə,
Dərviş Əroğlu
Şimali Kipr xalqının lideri