Şimali Kiprin Bakı təmsilçisi Naxçıvanın daimi nümayəndəliyində olub
Bakı, 9 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Şimali Kipr Türk Cümhuriyyətinin yeni təyin olunmuş Bakı təmsilçisi Mustafa Kamal Bəyazbayramla görüşüb.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə qardaş ölkələrimiz arasındakı münasibətlərin, eləcə də Naxçıvan Muxtar Respublikası ilə turizm, təhsil və digər sahələrdə əlaqələrin inkişafı, regional vəziyyət, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.