Şimali Koreya nüvə poliqonunu may ayında tam bağlayacaq
Bakı, 29 aprel, AZƏRTAC
Şimali Koreyanın hakimiyyət orqanları Pxunqeri nüvə poliqonunu may ayında tamamilə bağlayacaq. Onun sökülməsi prosesi açıq şəkildə aparılacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu bazar günü jurnalistlərə Koreya Respublikası Prezidenti Mun Ce-inin mətbuat katibi Yun Yon Çan Seulda keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, bu barədə razılıq iki ölkə liderinin aprelin 27-də keçirilmiş sammitində əldə olunub. KXDR lideri Kim Cen In obyektin sökülməsi prosesini izləmək üçün jurnalistləri və təhlükəsizlik sahəsində ekspertləri Şimala dəvət edəcəyinə söz verib. “Bəziləri deyir ki, Şimal acınacaqlı vəziyyətdə olan obyektləri sökür. Siz görəcəksiniz ki, bu, belə deyil”, - deyə mətbuat katibi əlavə edib.
Xatırladaq ki, Cənubi Koreya və KXDR liderləri cümə günü sərhədyanı Panmuncom məntəqəsində görüşüblər. Danışıqların yekunu olaraq sülh, tərəqqi və Koreya yarımadasının birləşməsi barədə tarixi bəyannamə imzalanıb. Bəyannamədə, həmçinin Cənubi Koreya və KXDR-in yarımadanın nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün aktiv fəaliyyət aparacağı qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]