Şirniyyatı sevən bəzi insanların genləri onları kökəlməyə qoymur
Bakı, 20 fevral, AZƏRTAC
Bəzi insanlar şirniyyatı və karbohidratlı yeməkləri xoşlasalar da, qamətləri şux qalır. Ekseter və Kopenhagen Universitetlərindən olan mütəxəssislərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, bu, həmin insanların genetikası ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, belə bir genetik xüsusiyyətin mövcud olmasını sübut edən tədqiqatların nəticələri “Cell Reports” jurnalında dərc edilib.
Adətən piylənməni çoxlu şirniyyat yeməklə əlaqələndirirlər. Orqanizmin karbohidragentləri mənimsəməsinin fizioloji mexanizmi elədir ki, bu maddələrin çox qəbul edilməsi piy toxumasının qalınlaşmasına səbəb olur. Lakin bəzi insanların genləri şirniyyatdan kökəlməməyə imkan verir.
Anadangəlmə şirniyyata meylli insanların genlərinin öyrənilməsi məqsədilə 450 min insan üzərində tədqiqat aparılıb. Müəyyən edilib ki, anadangəlmə şirniyyata meylli insanlar FGF21 geninin daşıyıcılarıdır və bu gen həmin insanların kökəlməməsinə imkan verir.
Tədqiqatçılar bildiriblər: “Bu genin daşıyıcıları şirniyyata anadangəlmə meylli olur, lakin başqa insanlarla müqayisədə onların bədənində piy toxuması az olur”.
Tədqiqatçıların sözlərinə görə, bu genlə bağlı araşdırmalar hələ davam etdirilməlidir. Onlar güman edirlər ki, bu xüsusiyyət bəzi neqativ aspektlərlə bağlı ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]
Təbii yolla qurudulan meyvələr daha faydalıdır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]