Siyəzəndə maliyyə xidmətləri sahəsində vətəndaşların müraciətləri dinlənilib
Bakı,19 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankə (AMB) tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Siyəzən rayonunda növbəti səyyar görüş təşkil edilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların müraciətlərinə baxılaraq onlara qanunvericiliyə uyğun addımlara dair müvafiq izahatlar verilib.
Görüşdə vətəndaşlar tərəfindən əsasən kredit istəyi, kredit öhdəlikləri üzrə güzəşt istəyi, ATM quraşdırılması, kredit tarixçəsi üzrə məlumatların düzgün yerləşdirilməməsi və s. məsələlər ilə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerində həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq icraya götürülüb.
Qeyd edək ki, vətəndaşlar səyyar görüşlərlə bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı