CƏMİYYƏT
“Skautlar intellektə doğru” layihəsinə Lənkəranda yekun vurulub
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olan “Skautlar intellektə doğru” layihəsi çərçivəsində sonuncu bilik yarışı Lənkəranda keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, yarışda 16-18 yaşlı gənclərdən ibarət 8 komanda mübarizə aparıb.
Yarışın açılışında Orucəli Abbaszadə müəllifi olduğu layihənin icrası istiqamətində görülən işlərdən, təşkil edilən yarışlardan danışıb.
Lənkəran şəhər gənclər və idman idarəsinin rəis müavini Elbəy Fətəliyev dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış şərait barədə məlumat verib.
Yarışın yekununda “Maximum” komandası qalib adını qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq “Boş çoxluq” və “Standart” komandaları tutub.
Sonda qalib və iştirakçılar mükafatlandırılıb.