S.LAVROV: “KOSOVONUN SUVERENLƏŞDİRİLMƏSİ MDB-DƏKİ MÜNAQİŞƏLƏRƏ DƏ MÜTLƏQ TƏSİR EDƏCƏKDİR”
O demişdir ki, Rusiya status məsələsinin çoxvariantlığına əsaslanır və hesab edir ki, Kosovoya müstəqillik verilməsinin mümkünlüyündən danışmaq hələ tezdir. S.Lavrovun fikrincə, bu məsələnin guya artıq həll olunması barədə tərəflərə hər hansı “etimad siqnalı” verməyin səmərəsi yoxdur. Rusiya naziri demişdir: “Əlaqə qrupu üzrə tərəfdaşlarımızın diqqətini buna yönəldirik ki, Kosovo məsələsinin həllində universallığa əsaslanmaq prinsipcə çox vacibdir”. O vurğulamışdır ki, “Kosovo ətrafında vəziyyətin “Kosovo münaqişəsinin həlli guya beynəlxalq hüquqi problem yaratmır deməklə, Kosovo ətrafında vəziyyəti “bənzərsiz” kimi qələmə vermək həvəsi böyükdür. Lakin bu, beynəlxalq hüquq normalarından yan keçməklə reallıqdan uzaqlaşmaq cəhdindən başqa bir şey deyildir. Belə yanaşma dünyanın hər hansı regionunda konkret böhranla əlaqədar bu və ya digər qaydaların istənilən kimi tətbiqi barədə rəy yaradaraq, beynəlxalq aləmə etimadsızlıq doğurur. Böhranların nizama salınmasında ikili standartlar, fərqqoyma yolverilməzdir. Kosovonun suverenləşdirilməsi istər-istəməz digər münaqişələrdə, o cümlədən MDB məkanındakı münaqişələrdə özünü göstərəcəkdir və bunu Kosovonun gələcək statusu barədə qərar qəbul edilərkən nəzərə almaq lazımdır”.