Somalidə fırtına qurbanlarının sayı artaraq 300 nəfərə çata bilər
Bakı, 14 noyabr (AZƏRTAC). Somalinin şimal-qərbindəki Puntlend regionunun ötən həftə üzləşdiyi fırtına qurbanlarının sayı artaraq 300 nəfərə çata bilər. Bu barədə məlumatı Röyter agentliyi yerli hakimiyyət orqanlarına istinadla yaymışdır.
Fırtına qurbanlarının sayını dəqiqləşdirən region hökumətinin daxili işlər naziri Əbdullahi Əhməd demişdir: “İndiyə qədər 140 adamın həlak olmasını təsdiq etmişik. Lakin qurbanların sayının artaraq 300 nəfərə çatmasından ehtiyat edirik, çünki bir çoxları əvvəlki kimi itkin düşmüş sayılır”.
Daha əvvəl təbii fəlakət nəticəsində 100 nəfərin həlak olması barədə məlumat verilmişdi.
Fövqəladə vəziyyət elan edən hökumət kömək üçün beynəlxalq birliyə müraciət etmişdir. Xarici yardım olmasa, region ciddi problemlərlə üzləşəcəkdir.
Regionun təsərrüfatının əsasını heyvandarlıq təşkil edir. Fırtına nəticəsində 100 min baş mal-qaranın tələf olması Puntlendin iqtisadiyyatına hiss olunacaq dərəcədə ziyan vurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]