Sosial izolyasiya şəraitində yardımlar davam edir
İsmayıllı, 4 may, AZƏRTAC
Koronavirus pandemiya təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində İsmayıllı rayonunda iki gün ərzində ehtiyacı olan 1500 ailəyə ərzaq yardımı edilib.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yardımlar 5 nəfərdən çox uşaq böyüdən, 18 yaşa qədər əlil övladı olan və digər həssas ailələrə, habelə yaşı 65-dən yuxarı tənha ahıl insanlara çatdırılıb. Yardımların paylanmasında gənc könüllülər fəal iştirak ediblər.
Qeyd edək ki, gündəlik tələbat mallarından ibarət ərzaq bağlamaları Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Fondu, Sosial Müdafiə Fondu, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, imkanlı və xeyirxah insanlar tərəfindən təşkil olunur