Sosial xidmət müəssisələrində 665 uşağa stasionar şəraitdə xidmətlər göstərilir
Bakı, 18 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində hazırda 665 uşağa stasionar şəraitdə xidmətlər göstərilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 380 nəfəri əlilliyi olan uşaqlar, digərləri valideyn himayəsindən məhrum, həmçinin çətin həyat şəraiti ilə qarşılaşan uşaqlardır.
Uşaqlar xidmətə qəbul olunduqdan sonra mütəxəssislər tərəfindən ilkin qiymətləndirmə aparılır, fərdi inkişaf planı hazırlanır. Plan əsasında onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.
Həmçinin uşaqlar üçün inklüziv tədbirlər, görüşlər, ekskursiyalar və s. də təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [19:57]
WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də
- 18.05.2026 [19:10]
AQTİ-nin səyyar laboratoriyası WUF13-də: Dəqiq və operativ nəzarət
- 18.05.2026 [18:57]
“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb
- 18.05.2026 [18:48]
Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb VİDEO
- 18.05.2026 [17:53]