SİYASƏT
Soydaşımız Cəmil Sadıqbəyli Moskva Dövlət və Bələdiyyə İdarəçiliyi Akademiyasında kafedraya rəhbərlik edəcəkdir
Moskva, 30 dekabr (AZƏRTAC). Soydaşımız Cəmil Sadıqbəyli Moskva Dövlət və Bələdiyyə İdarəçiliyi Akademiyasının (MDBİA) MDB ölkələrinin iqtisadi və humanitar əməkdaşlığı kafedrasının MDB kafedrası müdiri təyin edilmişdir.
M.Lomonosov adına MDU-nun fəlsəfə fakültəsinin məzunu olan Cəmil Sadıqbəyli uzun illərdir MDB problemləri və millətlərarası münasibətlər məsələləri ilə məşğul olur. Hazırda o, Moskva hökuməti yanında Millətlərin İşləri üzrə Şuranın KİV-lərlə qarşılıqlı fəaliyyət komissiyasının rəhbəri və “Strana Sodrujestva” (“Birlik ölkəsi”) qəzetinin redaktorudur.
MDB kafedrası MDBİA-nın struktur bölmələrindən biridir. MDB kafedrasının vəzifəsi MDB-nin vahid tolerant millətlərarası təhsil məkanının yaradılması, MDB ölkələri vətəndaşlarının təhsil problemlərinin həlli, hüquqi maarifləndirmə, inteqrasiya proseslərinin inkişaf etdirilməsi, Birlik ölkələri vətəndaşlarının intellektual, mədəni və sosial inkişafını təmin etməkdir.
MDB kafedrası Rusiyada yaşayan və işləyən MDB vətəndaşlarına peşə hazırlığı, təkrar ixtisaslaşma, təkmilləşmə kursları keçmək imkanı verir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva