Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb
Bakı, 10 avqust, AZƏRTAC
Paytaxt sakini R.İsgəndərov Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə ərizə ilə müraciət edərək avqustun 4-də bir nəfərin onun içərisində 1200 manat olan pulqabısını açıq talama yolu ilə aparması, “Mercedes” markalı avtomobilində hadisə yerini tərk edərkən paltarından tutub getməsinə mane olması, avtomobili hərəkətə gətirib onu 10-15 metr sürüyərək ayaq və qollarına xəsarət yetirməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Səfərzadə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Onun üzərinə və idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı 6 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]