Ş.RAVEL: “ƏMİNƏM Kİ, YAXIN İLLƏRDƏ AZƏRBAYCANI GÜCLÜ İQTİSADİ YÜKSƏLİŞ GÖZLƏYİR”
İsrail diplomatının sözlərinə görə, Azərbaycan çox böyük iqtisadi potensiala malikdir. Yaxın illərdə iqtisadiyyatın digər sahələrini, ilk növbədə, sənayeni və kənd təsərrüfatını da inkişaf etdirmək lazımdır.
İsrail səfirliyinin təşkil etdiyi görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı bir çox məsələlər müzakirə olunmuşdur. İki ölkənin özəl sektorlarının nümayəndələri arasında qarşılıqlı surətdə faydalı əlaqələrin inkişafı üçün səmərəli baza yaratmaq vəzifələrinin həllinə xüsusi diqqət yetirilmişdir.
XİİK-in prezidenti Telman Əliyev isə klubun fəaliyyətindən danışaraq demişdir ki, icraiyyə komitəsinin qərarı ilə Şmuel Ravel Xəzər İnteqrasiya İşgüzar Klubunun fəxri üzvü seçilmişdir.
Görüşdə İsrailin Bakıdakı səfiri Eytan Naye iştirak etmişdir.