Srebrenitsa soyqırımı qurbanına aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanıb
Sarayevo, 21 sentyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsa şəhərində 1995-ci ildə törədilən soyqırımı qurbanına - bosniyalı müsəlmana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın İtkin Şəxslər İnstitutunun məlumatına görə, sümük qalıqları ölkənin şimal-şərqindəki Brçko şəhərindəki evlərin birinin bağçasında tapılıb. Bildirilir ki, mülk sahibi onları böyük ehtimalla 2012-ci ildə gətirərək evinin bağçasında basdıraraq gizlədib. Faktla bağlı araşdırmalara başladılıb. Sümük qalıqları DNT analizi üçün Tuzla şəhərindəki məhkəmə tibbi ekspertiza mərkəzinə təhvil veriləcək.
Qeyd edək ki, 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində və ətraf bölgələrdə bir neçə gün ərzində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Qətliam zamanı mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda dəfn olunub.
Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Faciədən 28 il keçməsinə baxmayaraq, soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi hələ də tapılmayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
- 01.10.2026 [06:07]
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]