ŞRİ-LANKA DEMOKRATİK SOSİALİST RESPUBLİKASININ PREZİDENTİZATİ-ALİLƏRİ CƏNAB MAHİNDA RACAPAKSEYƏ
Hörmətli cənab Prezident,
Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 yanvar 2006-cı il.