Stavropol sakini “Rodina” qəzeti redaksiyasının dörd əməkdaşını bıçaqla yaralayıb
Bakı, 27 may, AZƏRTAC
Stavropol diyarında “Rodina” qəzetinin redaksiyası hücuma məruz qalıb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, naməlum şəxs qəzetin redaksiyasının yerləşdiyi Rusiya Kommunist Partiyası diyar komitəsinin binasında 4 nəfəri bıçaqla yaralayıb. Bu barədə diyarın qubernatoru özünün “Instagram” səhifəsində məlumat yayıb.
“Bıçaqla silahlanmış şəxs “Rodina” qəzeti redaksiyasının əməkdaşlarına hücum edib, dörd nəfər yaralanıb. Bu, cinayət işidir. Hazırda hücum edən şəxs tutulub, polis lazım gələn bütün tədbirləri görür”, - qubernator belə yazıb.
Daxili İşlər Nazirliyi hücum edən şəxsin saxlanıldığı barədə məlumatı təsdiqləyib və insidentlə bağlı təhqiqatdan öncəki yoxlamalara başlandığını bildirib. DİN-in Stavropol üzrə Baş idarəsinin mətbuat xidmətinin məlumatına görə, hücum edən şəxs polis bölməsinə aparılıb. İnsidentlə bağlı operativ-təhqiqat qrupu fəaliyyət göstərir. ”, - deyə
Xəsarət alanlar arasında nəşrin baş redaktoru Nikolay Fedoseeviç Bondarenko da var. Yaralananların həyatı üçün təhlükə olmadığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]