Stolüstü tennis üzrə Azərbaycan kuboku uğrunda yarışlara start verilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də “Şüa” İdman Sağlamlıq Mərkəzində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında Azərbaycan kuboku yarışlarına start verilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, şəxsi və komanda xarakteri daşıyan yarışlarda gənclər üzrə dörd qız və dörd oğlan, yeniyetmələr üzrə isə doqquz qız və doqquz oğlan komandası olmaqla, ümumilikdə 100-dək idmançı mübarizə aparacaq.
Yarışlara oktyabrın 25-də yekun vurulacaq.