“Sumqayıt” futbol klubunun komandası AZAL ilə qarşılaşıb
Sumqayıt, 28 sentyabr, AZƏRTAC
Topaz Premyer Liqasında 6-cı turun oyunları keçirilib. “Sumqayıt” “Kapital Bank Arena”da AZAL-I qəbul edib.
“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oyunda hesabı komanda üzvü Ağabala Ramazanov açsa da, 90+4-cü dəqiqədə Aleksandr Qurili hesabı bərabərləşdirib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyundan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib: “Biz oyuna ciddi hazırlaşıb, uğursuz seriyaya son qoyub, qələbə qazanmaq istəyirdik. Demək olar ki, qələbə qazanmağa yaxın idik. Amma son anda 1 xalla kifayətləndik. Oyunçulardan razıyam. Hesab edirəm ki, maraqlı oyun alındı”.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə qeyd edib: “İki fərqli hissə izlədik. İlk hissədə komandamı tanıya bilmədim. Amma ikinci hissədə əzmkarlıq vardı. Komanda ayıldı. Düşünürəm ki, bu oyunla vəziyyəti dəyişdik. Həm qol vurduq, həm də xal qazandıq. Buna görə futbolçulara təşəkkür edirəm. “Sumqayıt”la oyuna qədər də yaxşı futbol sərgiləyirdik. Bu dəfə həm yaxşı oyun sərgilədik, həm də xal əldə etdik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [22:55]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [21:39]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]