Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Sumqayıt hadisələri – 35 illik məsafədən baxış

Sumqayıt hadisələri – 35 illik məsafədən baxış

Bakı, 28 fevral, AZƏRTAC

Sumqayıt şəhərində törədilmiş 1988-ci ilin faciəli fevral hadisələrindən artıq 35 il keçir.

AZƏRTAC Sumqayıt Dövlət Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Ramazan Məmmədovun Sumqayıt hadisələri ilə bağlı məqaləsini təqdim edir.

Sumqayıt hadisələrinin sonrakı cərəyanı - Ermənistan-Azərbaycan münasibətlərinin get-gedə kəskinləşməsi, Dağlıq Qarabağ uğrunda ümummilli erməni hərəkatının geniş vüsət alması, müharibə və bizim üçün onun acı nəticələri - torpaqlarımızın 20 faizdən çoxunun erməni tapdağına düşməsi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşaması... Bütün bunlar erməni millətçilərinin uzun illərdən bəri həyata keçirməyə can atdıqları “böyük Ermənistan” yaratmaq xülyası ilə birbaşa bağlı olduğunu üzə çıxardı.

Sumqayıtda törədilmiş hadisələri araşdırmaq üçün SSRİ Prokurorluğunda 18/5461-88 №-li xüsusi cinayət işi açılmışdı. Bu işi aparan istintaq qrupu SSRİ-nin müxtəlif bölgələrindən ezamiyyə olunmuş hüquqşünaslardan, kriminalistlərdən, psixoloqlardan, səhiyyə işçilərindən ibarət idi. İstintaq nəticəsində müəyyən edilmişdir: “1988-ci il fevralın 27-29-da Azərbaycan SSR-in Sumqayıt şəhərində xuliqanlıq edən şəxslər tərəfindən kütləvi iğtişaşlar törədilmişdir. Bu iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 nəfər (o cümlədən 26 erməni - R.M.) həlak olmuş, 40-dan çox insan müxtəlif dərəcəli bədən xəsarəti almış, 200-dək mənzil hücuma məruz qalmış və dağıdılmış, 50-dən artıq mədəni-məişət obyektinə xəsarət yetirilmiş, 40-dan çox nəqliyyat vasitəsi sındırılmış, bir hissəsi yandırılmışdır. Dövlətə 7 milyon rubl (bugünkü qiymətlərlə təxminən 30 milyon dollardan artıq - R.M.) həcmində maddi ziyan vurulmuşdur” (Bax: Uqolovnoe delo №18/55461-88. Tom 29, s.242).

İstintaq materiallarında deyilir ki, 444 nəfər məhkəmə qarşısında cavab verməli olmuş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmış, bir neçəsi uzunmüddətli həbs cəzasına, bir nəfəri - Əhməd İman oğlu Əhmədov isə güllələnməyə məhkum olunmuşdur. Məlumatı olmayan oxuculara bildirək ki, hökm tez-tələsik də yerinə yetirilmişdir.

Hadisələrlə bağlı saxlanılanlar arasında müxtəlif millətlərdən olan insanlar - azərbaycanlılar, ermənilər, ruslar, ləzgilər, yəhudilər və başqaları olmuşlar. Şəhərdə xuliqanlıq edənlər, iğtişaşları törədənlər müxtəlif əqidəli insanlar - satın alınmış cinayətkarlar, terrorçular, tüfeylilər, narkomanlar, spirtli içki düşkünləri... 30 nəfəri isə ümumiyyətlə heç bir yerdə işləməyənlər idi.

Qeyd edək ki, rəsmi olaraq elan olunmuş faktlar bunlardır.

Kütləvi iğtişaşların cərəyan etdiyi vaxtda və dərhal ondan sonrakı günlərdə hadisələrə münasibət baxımından şəhər sakinlərinin, hərbiçilərin, respublika və eləcə də mərkəzi hakimiyyətin müxtəlif mövqelərdə olmaları diqqəti cəlb edir və iğtişaşların törədilməsinin əsl məqsədlərini açıqlamağa imkan verir.

Beləliklə,

1. Şəhər sakinlərinin münasibəti.

Əvvəla, onu qeyd edək ki, fevralın 25-i, 26-sı və 27-sində kimliyi bəlli olmayan gənclər, həddi-büluğa çatmamış yeniyetmələr əllərində daş-kəsək, ağac və dəmir çubuqlar dəstə-dəstə Sumqayıtın mərkəzi küçələrində, meydanlarında sanki yerin altından peyda olur, insana yaraşmayan müxtəlif əcaib səslər çıxararaq, fit-fıştırıq çalaraq, qışqıra-qışqıra, əllərindəki çubuqları vahimə yaradıcı tərzdə yelləyə-yelləyə, daş-kəsəyi hara gəldi ata-ata, Qarabağla bağlı, Ermənistandan azərbaycanlıların təhqirə məruz qalaraq qovulmaları, işgəncələrə düçar olmaları barədə çığır-bağır, hay-haray salır, qisas almağa səsləyirdilər. Onlar şəhər partiya və sovet rəhbərlərinin oturduqları binanın qarşısında, şəhərin mərkəzi meydanında toplaşır, mitinqlər keçirir, şəhər və respublika rəhbərliyini fəaliyyətsizlikdə, laqeydlikdə, Moskvanı, Kremli, Qorbaçovu, Mərkəzi Komitəni, onun Siyasi Bürosunu isə qəti tədbirlər görməməkdə, birtərəfli ermənipərəst mövqe tutmaqda, azərbaycanlılara qarşı satqınlıqda günahlandırırdılar.

Bu mitinqlərə şəhər sakinləri, dinc əhali də axışıb gəlir, nə baş verdiyini, Qarabağda, Ermənistanda vəziyyətin necə olduğunu öyrənməyə, dərk etməyə çalışırdı. Çıxış edənlərin əksəriyyəti isə özlərini Ermənistandan qovulmuş, ata-baba yurdlarından didərgin düşmüş adamlar kimi təqdim edir, ermənilər tərəfindən onların başına gətirilən müsibətlərdən danışır, burada, Azərbaycanda isə respublika rəhbərliyi tərəfindən onlara heç bir qayğı, kömək göstərilmədiyindən şikayətlənir, onları laqeydlikdə günahlandırır, əhalini ermənilərə qarşı qisasa qalxmağa səsləyirdilər. Sadə əmək adamları, şəhər sakinləri mitinqlərdə eşitdiklərindən dəhşətə gəlir, Qarabağda və Ermənistanda azərbaycanlı soydaşlarına qarşı zorakılıq aktlarına etiraz edir, bu haqsızlıqları törədənlərə qarşı nifrətləri güclənir, respublika və Moskva hakimiyyətinə qarşı narazılıq hisslərini artırırdı. Mitinqlərdə çıxış edən respublika partiya və hökumət nümayəndələri camaatı sakitliyə, təmkinli olmağa, ictimai asayişə riayət etməyə, emosiyalara uymamağa dəvət edir, məsələlərin qanuni yolla tezliklə və ədalətlə həll olunacağına inandırmağa çalışırdılar.

Mitinqlər sona çatanda əhali, şəhər sakinləri meydanı tərk edir, evlərinə çəkilib gedir, gördüklərini və eşitdiklərini təhlil etməyə, hadisələrin hansı məcrada davam edəcəyini başa düşməyə çalışırdı. Mitinqləri təşkil edən və həmin o, kimliyi bəlli olmayan, gözləri qızmış, iri cüssəli gənclər, həddi-büluğa çatmamış yeniyetmələr isə peyda olduğu kimi də birdən-birə qeybə çəkilirdilər.

Ertəsi günü vəziyyət təkrar olunur, hərəkətlərin, mitinq və çıxışların miqyası genişlənir, emosiyalar daha da güclənir, təhlükəli çağırışlar səslənirdi…

Fevralın 27-də axşam saat 18 radələrində mitinq dağılandan sonra “qara qüvvələr”, cinayətkar ünsürlər əvvəlki günlərdə olduğu kimi qeyb olmadılar. Onlar dəstə-dəstə şəhərin küçələrində, məhəllə və mikrorayonlarda ictimai asayişi pozmağa, dükan və köşklərin vitrinlərini qırmağa, tramvay, trolleybus və avtobusların şüşələrini sındırmağa, qarşılarına çıxan minik maşınlarını çevirməyə, onları yandırmağa, daha sonra ermənilərin yaşadıqları mənzillərə soxularaq ev əşyalarını sındırmağa, dağıtmağa, pəncərə və balkonlardan küçəyə tullamağa, adamları döyməyə, qadınları küçəyə çıxarıb ictimai təhqirə məruz qoymağa başladılar. Bir göz qırpımında normal insan təfəkkürünə sığışmayan dəhşətli vəziyyət yaranmışdı. Hadisələr törədilən evlərdə, qonşu binalarda və məhəllələrdə yaşayan insanlar, yol keçən, işə gedib-gələn şəhər sakinləri şok vəziyyətinə düşmüşdülər: Bu nədir?! Dünyanın sonudur?!

Emosiyalar isə getdikcə qızışır, qanunsuz hərəkətlərin qarşısını alan qüvvənin olmadığını görən azğınlaşmış cinayətkar ünsürlər daha ağır hadisələr törədərək insanları qətlə yetirməkdən belə çəkinmədilər. Fevralın 28-də şəhərdə ilk qan töküldü…

Fevralın 27-də axşam saat 23:45 radələrində şəhərə ordu qüvvələri yeridildi. Ertəsi günü, fevralın 28-də səhər tezdən Sumqayıt şəhər radio şəbəkəsi ilə şəhərə ordu qüvvələrinin daxil edildiyi, martın 1-də isə fevralın 29-u axşam saat 23-dən etibarən komendant saatı təyin olunduğu barədə məlumat verildi.

Xüsusilə qeyd etməyi vacibdir ki, şəhərə ordu qüvvələrinin daxil edilməsi və komendant saatının tətbiqi heç də hadisələri, iğtişaşları birdən-birə, tezliklə dayandırmadı. İğtişaşlar martın 1-də də müəyyən qədər davam etdi.

Şəhərin erməni əhalisi onlara qarşı hücumları, zorakılıqları, törədilən qəddarlıqları görərək, canlarını qurtarmaq üçün azərbaycanlı qonşularına, dost-tanışlarına, iş yoldaşlarına pənah gətirməyə, sığınacaq axtarmağa başladılar. Faciəli vəziyyəti görən yüzlərlə azərbaycanlı özlərinin və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq erməni ailələrini öz evlərində gizlətdilər, təhlükə sovuşanadək onlara havadar oldular, qayğı göstərdilər.

Şəhər sakinlərinin, azərbaycanlıların hadisələrə münasibətləri milliyyətcə erməni olan Sumqayıt sakinlərinin 1988-ci ilin mart, aprel və may aylarında “Sosialist Sumqayıtı” və “Kommunist Sumqaita” qəzetlərində dərc olunmuş məktublarında öz obyektiv əksini tapmışdır. Şəhər qəzetlərinin o günlərdəki redaksiya poçtu qeyri-adidir. Məktubların əksəriyyətində xuliqanlıq edənlərin hərəkətləri, vəhşilikləri kəskin pislənir, təhlükə qarşısında qalan ailələrin köməyinə çatanlara minnətdarlıq bildirilir: “… Mənim qonşularım əsasən azərbaycanlılardır. Onlar biləndə ki, xuliqanlar bizim məhəlləyə soxulublar, mənim ailəmi öz mənzillərində yerləşdirdilər, özləri isə bizim mənzilimizdə qaldılar. Bundan başqa, imkan yaranan kimi gedib mənim oğullarımı tapdılar və təhlükəsiz yerə apardılar”. Bu sətirlər Şaqen Avakyanın (Qarabağda, Hadrut rayonunun Domı kəndidə anadan olub, Sumqayıta 1953-cü ildə gəlib, “Azərboru” zavodunda usta işləyib, təqaüdçüdür) “Kommunist Sumqaita” qəzetinin 1988-ci il 11 mart taixli nömrəsində çap olunmuş məqaləsindən götürülüb. N.Qasparyan isə qəzetin 12 iyun tarixli nömrəsində çap olunmuş məktubunda yazırdı: “Təmiz vicdanı və yüksək mənəviyyatı olan adamlar şayiələrə və təhriklərə uymadılar. Və belələri böyük əksəriyyət təşkil etdilər. Onların arasında mənim tanışlarım, qonşularım Kamal və Tamara Abdullayevlər, Malik Həsənov, Zöhrab Əliyev, Səmayə Hacıyeva, Zari Şəbilova, İmran Cəfərov və bir çox başqaları dərhal bizə köməyə gəldi və xuliqanları geri oturtdular. Mən və mənim ailəm bizi xilas edən bu mərd və cəsur adamlara qarşı dərin minnətdarlıq hissləri keçiririk. Fevral hadisələrinin acı nəticələri bizim üçün ciddi xəbərdarlıq və bir dərs olmalıdır. Yalan və uydurmalara inanmamalı, əksinə, cərgələrimizi daha da sıxlaşdırmalı, əl-ələ verib əllərimizi daha möhkəm sıxmalıyıq ki, heç bir araqarışdıran və ideya düşmənlərimiz əsrlər boyu Azərbaycan və erməni xalqları arasında yaranmış qardaşlıq əlaqələrini poza bilməsinlər”. Axı heç nədən xəbəri olmayan 250 min sakindən biri kimi zavallı Andriyan haradan biləydi ki, hadisələr heç də bir qrup xuliqanın və şayiələrə uyan yetkinləşməmiş adamların işi deyil, Sumqayıtdan çox-çox uzaqlarda tutulmuş ssenarinin bir həlqəsi idi?!

O faciəli günlərdə Sumqayıt şəhərinin hərbi komendantı olmuş general-leytenant V.Krayev “Pravda” qəzetinin 1988-ci il 21 mart tarixli nömrəsində dərc olunmuş müsahibəsində demişdir: “Şəhərin sakinləri bizə kömək etməsəydilər, onda həlak olanların sayı daha çox olardı”. Sumqayıtda törədilmiş hadisələri araşdıran xüsusi istintaq qrupuna rəhbərlik edən SSRİ Prokurorluğunun Baş İstintaq İdarəsinin rəis müavini V.Nenaşev və SSRİ Baş prokuroru yanında mühüm işlər üzrə müstəntiq V.Qalkin “İzvestiya” qəzetinin 1988-ci il 30 mart tarixli nömrəsində dərc olunmuş müsahibədə məlumat verərək demişlər: “Şəhər sakinləri ilə çoxsaylı söhbətlərimiz təsdiq edir ki, azərbaycanlıların böyük əksəriyyəti bu hadisələri ürək ağrısı ilə qəbul edirlər. Şəhərdə baş vermiş hadisələr heç bir vəchlə iki xalqın münasibətlərini əks etdirmir. İstintaqın gedişatında öz dramatikliyi ilə diqqəti cəlb edən qeyri-adi və əsl beynəlmiləlçilik nümunələrini göstərən onlarla epizodlar aşkar edilmişdir. Tam qətiyyətlə demək lazımdır ki, məhz azərbaycanlı ailələr erməniləri mühafizə edərək bizi daha böyük fəlakətdən xilas etmişlər”.

Çoxsaylı misallardan biri kimi bu faciəli günlərdə şəhər müəssisələrinin komsomol təşkilatlarının qorxu və yorulmaq bilmədən cəsarətlə iğtişaşların qarşısını necə aldıqlarını göstərmək olar. Komsomol təşkilatlarının çoxunda təcili olaraq erməni millətindən olan adamları xilas etmək üçün xüsusi əməliyyat dəstələri təşkil edilmişdi. “Kimya sənayesi” İstehsalat Birliyində yaradılmış əməliyyat dəstəsinin hesabatlarından bir neçə misal göstərək:

“27 fevral. Yeniyetmələrin əllərindən iki lopatka sapı, bir tərəzi daşı və iki butulka aldım”.

“28 fevral. Saat 16 radələrində bir neçə xuliqanın əllərindən dəyənəkləri aldıq”.

“28 fevral. Bizim əməliyyat dəstəmiz N.Nərimanov klubunun yanında qarışıqlıq salan gənclərdən ibarət iki dəstəni qovub dağıtmağa nail oldu. Çoxunun əlində olan daş-kəsəyi, butulkaları aldıq…”.

“29 fevral. 45-ci məhəllədən və 3-cü mikrorayondan iki ailəni təhlükəsiz yerə köçürdük…”.

“29 fevral. Axşam 16-cı məhəllədən təhlükədə olan bir ailəni çıxardıq…”.

“29 fevral. 45-ci məhəllədən xəbər gəldi ki, erməni ailəsini təhlükə gözləyir. Biz dərhal ora getdik, həmin ailəni götürdük və öz mənzilimizdə yerləşdirdik…”.

“29 fevral. Axşam saat 21 radələrində biz 16-cı və 34-cü məhəllələrdə növbə çəkirdik. Tükürpərdici bir qışqırıq səsi eşitdik, səs gələn evi müəyyən etdik, dərhal yuxarıya qalxdıq. Əvvəl əlində balta silkələyən cavan bir adam gördüm. Baltanı onun əlindən ala bildim. Yoldaşlarım əllərində dəyənək fırladan 4 nəfər xuliqanı tərk-silah edə bildilər…”.

“Kommunist” qəzeti 1988-ci il 24 mart tarixli nömrəsində yazırdı: “Xuliqanlar Sumqayıt Ali Texniki Məktəbinin binasına soxularaq dərsləri dayandırmışlar. Professor Həsən Sadıqov, professor Həqiqət Aslanov, dosent Mehdi Əliyev və institut tələbə həmkarlar təşkilatının sədri Tirmə Qurbanova banditlərə öyüd-nəsihət verməyə çalışmış, lakin onların sözlərinin təsiri olmamışdır. Belə olduqda H.Sadıqov irəli çıxaraq demişdir: “Əgər sizin problemlərinizi qan həll edirsə, onda məndən başlayın”. Müəllimin təmkinliyi banditləri karıxdırmış, digər müəllimlər və tələbələr professorla çiyin-çiyinə dayandıqda isə kütlə geri çəkilmişdir”.

Kolxoz bazarının fəhləsi qəzetə göndərdiyi məktubda yazırdı: “Sumqayıt üçün qəmli, kədərli fevral günlərində bizim bazara da xuliqanlar hücum çəkirdilər. İlk gözlənilməz, anlaşılmaz və həyəcanlı anlar keçən kimi bizim müdir A.Əhədov, necə deyərlər, bütün işçiləri və piştaxta arxasında duranları səfərbər etdi ki, xuliqanlara layiqli cavab verək. Bütün erməni yoldaşlar etibarlı yerlərdə yerləşdirildilər və onların malı gizlədildi. Sonra, hər şey sakitləşəndə biz onlara bazara gətirdikləri kartofu tez satmağa kömək etdik və mehribanlıqla onları evlərinə yola saldıq”.

Beləliklə, xuliqanlıq edən yeniyetmələr və gənclər hər yanda layiqli cavablarını alırdılar.

2. Hərbçilərin münasibəti. Yuxarıda deyildiyi kimi, fevralın 27-də Sumqayıta ordu qüvvələri yeridildi, 29-da fövqəladə vəziyyət tətbiq olundu və şəhəri faktiki olaraq hərbçilər idarə etməyə başladılar. Şəhərin hərbi komendantı təyin olunmuş general-leytenant V.Krayev şəhər partiya komitəsinin birinci katibinin iş otağında əyləşərək əmrlər, sərəncamlar, göstərişlər verirdi. Birinci katib öz vəzifəsinin icrasından qeyri-rəsmi olsa da, əslində kənarlaşdırılmışdı. Şəhərin partiya və sovet təşkilatları vəziyyətə nəzarət etmək, hadisələri izləmək və düz məcraya yönəltmək imkanlarından tamamilə məhrum edilmişdi. Hərbçilər şəhər rəhbərliyi ilə faktiki olaraq heç məsləhətləşmir və hesablaşmırdılar. Onların fəaliyyəti çox hallarda sağlam məntiqə uyğun deyildi və yaranmış şəraitə müvafiq gəlmirdi, ona adekvat olmurdu.

Hadisələrə təhrik olunan gənclərin “silahı” daş-kəsək, ağac və dəmir çubuqlar, fin bıçaqları və baltalar, içərisinə yanacaq qarışığı doldurulmuş şüşə qablar idi. İğtişaşları təşkil edən bir qrup xüsusi hazırlıq keçmiş “qara plaşlılar” istisna olmaqla, hadisələrin törədilməsində iştirak edənlərin əksəriyyəti ümumiyyətlə heç bir hazırlıq görməmiş yeniyetmələr idi.

Belə olan halda sual yaranır. Şəhərin bütün sahələrini idarə etməyi öz əllərinə götürmüş hərbçilər şəhərin mülki rəhbərləri ilə həmrəy olmaq, hadisələrin, iğtişaşların qarşısını hər yanda almağa çalışan və əksəriyyət təşkil edən sağlam qüvvələrlə, şəhər sakinləri, əhali ilə birlikdə erməni ailələrini onların yaşadıqları öz mənzillərində mühafizə etmək əvəzinə nə üçün, nə səbəbdən və hansı məqsədlə minlərlə adamı yaşından, cinsindən, sağlamlığından asılı olmayaraq yaşamaq üçün heç bir şəraiti olmayan kimyaçıların S.Vurğun adına Mədəniyyət sarayına toplayırdılar? Erməni əhalisini yaşadıqları mənzillərində qorumaq, mühafizə etmək mümkün deyildimi? Hərbçilərin buna qüvvələrimi çatmırdı? Əsla yox! Səbəb bu deyildi! Məsələ heç də qüvvələr nisbətində deyildi. Xüsusi təlim keçmiş, təcrübəli, silahlı hərbçilərin gücü, imkanları iğtişaşları törədən, hadisələrə cəlb olunmuş dəstələrin gücündən, imkanlarından müqayisə olunmaz dərəcədə üstün idi! Deməli, burada başqa məqsəd güdülürdü, şəhərin erməni əhalisini mühafizə etmək məqsədi yox!

Heç şübhəsiz ki, ermənilər yaşamaq üçün hər cür şəraiti olan mənzillərində mühafizə olunsaydılar (bunun mümkün olduğuna heç bir şübhə yeri qalmır), bir yandan, şəhərdə baş verən hadisələrin miqyası barədə onlarda şişirdilmiş təsəvvür yaranmazdı, digər tərəfdən isə, əhalinin bu təbəqəsi tezliklə sakitləşər və Sumqayıtdan köçmək onların ağlına belə gəlməzdi. Görünür, hadisələrin bu istiqamətdə cərəyan etməsi, sönməsi iğtişaşların ssenarisini cızanların maraqlarına uyğun gəlmirdi.

Minlərlə ermənini antisanitariya şəraitində, tanklarla mühasirə olunmuş qapalı yerdə saxlamaqla bu insanları ağır psixoloji sarsıntılara məruz qoymaq, şəhərlə əlaqələrini kəsməklə əslində, onları baş verənlərin həqiqi miqyasından bixəbər qoymaq və guya hadisələrin öhdəsindən hətta hərbçilərin belə gələ bilmədiklərini güman edərək dəhşətli vahimə hissləri keçirməyə vadar etmək, vəziyyətin onlar üçün çıxılmaz olduğu fikrini formalaşdırmaq və yalnız bir çıxış yolunun qaldığı - şəhəri mümkün qədər tez tərk etməyin labüd və qaçılmaz olduğu qanaətinə gətirmək - bu idi əsas məqsəd!

Onu da qeyd etmək lazımdır ki, ordu qüvvələri şəhərə hadisələr başlanandan 5-6 saat sonra daxil edilsə də, əsas hadisələr, ölüm halları hərbçilərin fəaliyyətsizliyi və az qala kənar müşahidəçi rolunu oynamaları şəraitində, onların gözü qabağında - fevralın 28-də və 29-da törədilmişdir. Bu müddət ərzində Mədəniyyət sarayına toplanmış, az qala üst-üstə doldurulmuş erməni əhalisi arasında dəhşətli vahimə hissi, qorxu, ölüm xofu yaradıldı və onlar şəhəri tezliklə tərk etmək qərarına gəldilər, hərbçilərdən onları Qarabağa, Ermənistana, SSRİ-nin müxtəlif bölgələrinə yola salmalarını tələb etdilər. Onların bu tələbləri dərhal, tez-tələsik yerinə yetirildi. Bununla da ssenari müəlliflərinin əsas məqsədi həyata keçirildi: qaçqın düşmüş sumqayıtlı ermənilər səpələndikləri bölgələrdə şəhərdə törədilmiş fevral hadisələri zamanı onların başlarına gətirilən olmazın müsibətlərdən, azərbaycanlıların “vəhşiliklərindən” birinin üstünə beş də qoyub danışmağa, gördüklərini və görmədiklərini bir yerə qatıb, yalanla həqiqəti bir yerdə yoğurub yaymağa başladılar.

3. Respublika hakimiyyətinin münasibəti. Fevral hadisələri ərəfəsində və iğtişaşların cərəyan etdiyi günlərdə respublika partiya və sovet təşkilatlarının yüksəkvəzifəli nümayəndələri Sumqayıtda olmuş, mitinqlərdə iştirak və çıxışlar etmiş, yaranmış vəziyyətdən tam xəbərdar olmuşlar. Bununla belə, respublika rəhbərliyi törədilmiş kütləvi iğtişaşların mahiyyətinə dərindən varmadan, onların əsl səbəblərini hərtərəfli araşdırmadan, baş vermiş hadisələrin günahını şəhərdə axtarmağa və şəhər rəhbərliyinin guya əhalinin, xüsusilə də gənclərin ideya-siyasi hazırlığı və beynəlmiləlçilik ruhunda tərbiyəsi işinin yarıtmaz təşkilində görməyə üstünlük verdilər. Vəziyyəti normallaşdırmaq məqsədilə şəhərin rəhbərliyində kadr dəyişikliyi həyata keçirildi, “günahkarlar” partiya xətti ilə də cəzalandırıldılar.

Biz baş vermiş iğtişaşların şəhər rəhbərliyinin işində yol verilmiş çatışmazlıq, qüsur və səhvlərlə ümumiyyətlə hər hansı bir əlaqənin olmadığını söyləmək fikrindən çox uzağıq. Lakin eyni zamanda, Azərbaycan KP MK-nın Sumqayıtda törədilmiş faciəli hadisələrə həsr olunmuş 1988-ci il 16 mart tarixli qərarından hasil olunan qəna¬ətlə, guya “bu hadisələrin baş verməsinin əsl səbəbi elə Sumqayıtın özü ilə, sumqayıtlılarla, onların ideya-siyasi hazırlığında və beynəlmiləlçilik ruhunda tərbiyəsində yol verilmiş səhvlərlə, çatışmazlıqlarla bağlıdır və yalnız bununla izah olunur” fikri ilə də heç bir vəchlə razılaşa bilmərik.

Sumqayıtda baş verən hadisələrlə bağlı apardığımız araşdırmaların nəticələri professor Həsən Sadıqovla birgə yazdığım "Sumqayıt: milli əsarət, ya milli səxavət?" və Əməkdar jurnalist Eyruz Məmmədovun və mənim həmmüəllifi olduğumuz “Sumqayıt, 1988. Cinayət və cəza” kitablarında əksini tapıb. O dövrdə “Krunk” adlı erməni təşkilatı fəaliyyət göstərirdi. Demək olar ki, bütün qatı millətçilər oraya toplaşmışdılar. Təşkilatın yeganə məqsədi Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan ayırıb Ermənistana birləşdirmək idi. Bu məqsədlə ermənilərdən kütləvi şəkildə pullar yığılırdı. Sumqayıt ermənilərinin qarşısında da belə bir tələb qoyulmuşdu.

Təkcə bir ayda Sumqayıt bankından 1 milyon rubla yaxın pul çıxarılmışdı. Sadə ermənilər bunu ona görə edirdilər ki, millətçi “Krunk” və “Daşnaksutyun” təşkilatları onlardan məcburi şəkildə ianə qopara bilməsin. Ermənilər faktları qətiyyətlə inkar etməyə çalışsalar da, həqiqət dəyişməz olaraq qalır. Belə ki, müttəhimlər kürsüsünə Eduard Qriqoryan adlı erməni də çıxarılmışdı. O erməni ki, ilk olaraq beş nəfəri qətlə yetirmiş və bununla da insanları kütləvi iğtişaşlara təhrik etmişdi.

Sübut və dəlillər hadisənin DTK divarları arasında hazırlandığını açıq-aydın göstərir. Respublika Baş prokurorluğunun apardığı istintaqla müəyyən edilib ki, o vaxt Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyəti kütləvi iğtişaşların baş verəcəyindən əvvəlcədən xəbərdar olub. Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb, şəhərdən köçüb getdikləri müəyyən edilib. Onların əksəriyyəti imkanlı ailələr idi. Həmin ərəfədə intensiv beynəlxalq telefon əlaqələri də ermənilər tərəfindən yaradılıb. İstintaq onu da müəyyənləşdirib ki, Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşib, ermənilərlə görüşərək gizli söhbətlər aparıblar. Beləliklə, süni yaradılan bu təxribat ocağı bilərəkdən vaxtında söndürülməyib. Bu hadisənin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən qoparmaq üçün düşünüldüyü artıq təkzibolunmaz faktdır.

4. Mərkəzi hakimiyyətin - Moskvanın, Kremlin hadisələrə münasibəti ayrıca bir məqalənin mövzusudur. Burada qısaca qeyd edək ki, bu münasibət çox məkrli olmuş, mahiyyət etibarilə Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasına, Ermənistan-Azərbaycan münasibətlərinin uçuruma doğru yuvarlanmasına xidmət etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək”

Baydenlə Trampın ilk debatı keçirilib

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb

Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb

Lerikdə zəlzələ olub VİDEO

Sabunçuda qətl törədilib

Laçın sakini: Dövlətimlə, xalqımla fəxr edirəm

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Kürdəmirdə ağır yol qəzası baş verib

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib