REGİONLAR
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb
![Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb](/files/2020/1/1200x630/15797619164348465404_1200x630.jpg)
Bakı, 23 yanvar, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni rezident -“Azmonbat” MMC qeydiyyata alınıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla da SKSP-nın rezidentlərinin sayı 21-ə çatıb.
“Azmonbat” MMC Sənaye Parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirəcək. Layihəyə əsasən, yaradılacaq müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə ediləcək. “Azmonbat” MMC gələcəkdə parkın ərazisində avtomobil akkumulyatorlarının istehsalı müəssisəsinin yaradılmasını da nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [22:31]
Salyanda traktorla minik avtomobili toqquşub, yaralılar var
- 02.07.2024 [20:54]
Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib
- 02.07.2024 [20:35]
Neftçalada bir qrup polis əməkdaşı təltif olunub
- 02.07.2024 [18:37]
“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır
- 02.07.2024 [18:27]
Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir
- 02.07.2024 [18:17]