“Sumqayıt” klubu öz rekordunu yeniləyib
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XIII turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gələn “Sumqayıt” yeni uğura imza atıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, xallarının sayını 21-ə çatdıran Samir Abasovun komandasının qış fasiləsinə qədər olan dövr üçün mütləq rekordudur.
“Gənclik şəhəri” təmsilçisi heç vaxt fasiləyədək bu qədər xal toplamayıb. Premyer Liqada 2011/2012-ci illər mövsümündə debüt edən “Sumqayıt” qışadək 14, hətta 18 oyun keçirdiyi vaxtlarda da az xal yığıb. Bunadək rekord 20 xala bərabər idi. Komandanın aktivində 2012/13 mövsümündə 18, 2017/2018-ci illər mövsümündə isə 14 matçdan sonra 20 xal olub.
Qeyd edək ki, qış fasiləsinə qədər qalan 5 turda sumqayıtlılar bu rekordu yeniləmək imkanına da malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]