Sumqayıt musiqi məktəblərinin şəhərin 70 illik yubileyinə töhfəsi
Sumqayıt, 1 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtın 70 illiyi çərçivəsində şəhərin musiqi və incəsənət məktəblərində konsertlər təşkil edilib.
AZƏRTAC xəbər verir ki, F.Əmirov adına Uşaq Musiqi Məktəbinin uşaq xor kollektivinin, Q.Qarayev adına Uşaq Musiqi Məktəbi və 12 saylı orta məktəbin şagirdlərinin konsertləri, eləcə də Bülbül adına Uşaq İncəsənət Məktəbinin Xalq çalğı alətləri şöbəsinin tar ixtisası üzrə V sinif şagirdi Orxan Həsənxanovun solo konserti keçirilib.
Hər üç konsertdə yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.