Suraxanı rayonunda evdən üç min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb
Bakı, 5 fevral, AZƏRTAC
Yanvarın 30-da Suraxanı rayonundakı evlərin birindən iki ədəd mobil telefon və üç min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov rayon polis idarəsinin 31-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 3-də Kürdəmir rayonundakı MMC-lərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20 min manat dəyərində iki ədəd mühərrikini, 63 ədəd çiləyicisini və 69 metr mis naqilini oğurlamaqda şübhəli bilinənlər - rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.