Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa muzeyləri

Bakı, 18 may, AZƏRTAC

Muzeylər tarixin, ötən əsrlərin müəyyən hadisələrini özündə yaşadan, eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Eyni zamanda, yerləşdiyi rayon, şəhər, qəsəbə və kəndlərin həyatı və təsərrüfatı, mədəniyyət və incəsənəti haqqında tam təsəvvür yaradır.

Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev AZƏRTAC-ın müxbirinə deyib: “Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan Şuşada da çoxlu muzeylər var idi. Əbəs yerə deyil ki, onu “muzeylər şəhəri” adlandırırdılar. Məsələn, şəhərdəki Tarix Muzeyi diyarın keşməkeşli və şanlı tarixinə güzgü tutur, Dərman Bitkiləri Muzeyi təbiətin bir çox sirlərini açır, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri milli mədəniyyətimizin tanınmış və məşhur simalarının həyat və yaradıcılığını əks etdirirdi. Qapıları şəhərə gələnlərin üzünə həmişə açıq olan Şuşa muzeyləri on minlərlə ziyarətçi və tamaşaçı qəbul edib.

Şuşa Tarix Muzeyi 1969-cu ildə fəaliyyətə başlayıb. Muzey ən böyük tarixi eksponat olan Yuxarı Gövhərağa məscidində yerləşirdi. Burada tarixi keçmişimizdən, dünənimizdən soraq verən 2500-dən artıq eksponat nümayiş etdirilirdi. Şəhərin tarixi ilə bağlı olan bir çox əşyalar, xüsusən, 1795-ci ildə İran hökmdarı Ağa Məhəmməd şah Qacarın Şuşaya basqını zamanı qala divarlarına atılmiş top mərmisi qanlı-qadalı illəri xatırladırdı. Şuşanın müasir həyatına, şuşalıların sovet hakimiyyəti uğrunda mübarizəsinə, Böyük Vətən müharibəsindəki qəhrəmanlığına həsr olunmuş stendlər də böyük maraq doğururdu. Ümumiyyətlə, muzeyə tamaşa edərkən Şuşanın keşməkeşli həyatı göz önündə canlanır, şanlı keçmişi haqqında zəngin təəssürat yaranmasına səbəb olurdu.

Şuşa Xalça Muzeyi 1982-ci ildə Mehmandarovların yaşayış kompleksində açılmışdı. Binanın dörd böyük salonunda xalça ustalarının 300-dən çox əl işi nümayiş etdirilirdi. Xalçalar toxunuş xüsusiyyətlərinə görə ayrı-ayrı salonlarda yerləşdirilmişdi. Salonların üçündə xovlu, birində isə xovsuz xalçalar toplanmışdı. Bura, əsasən, Qarabağ xalçaçılıq məktəbinə aid nümunələr daxil idi. “Güzgülü xalı”, “Güllü kilim”, “Balıq”, “Ləmpə”, “Xantirmə” kimi monumental ölçülü xalça milli naxış quruluşu, rəng ahəngdarlığı, orijinal kompozisiyası, ümumiyyətlə, bədii xüsusiyyətlərinə görə maraqlı və baxımlı idi. Pənahəli xan Cavanşirin saray emalatxanasında toxunmuş “Xanlıq” adlı xalça saralıb-solsa da, orijinal kompozisiyası və rəng baxımı ilə seçilirdi. Muzeydə nümayiş etdirilən sənət əsərlərinin çoxunun öz adı və tarixi vardı. Təbriz, Quba-Şirvan, Gəncə-Qazax məktəblərinin nümunələri də muzeydə geniş təmsil olunmuşdu. Muzeyin ekspozisiyası Azərbaycan xalqının tarixi keçmişinin öyrənilməsində qiymətli mənbə kimi mədəniyyət və incəsənətimizin parlaq səhifəsini təşkil edirdi.

Şuşa Dərman Bitkiləri Muzeyi 1984-cü il iyulun 29-da Vaqif poeziya bayramında açılmışdı. Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş məhəllə məscidində fəaliyyət göstərirdi. Bərpa zamanı məscidə bədii tərtibat verilərkən milli xüsusiyyətlər qorunub-saxlanılmış, abidə ilkin formaya qaytarılmış, tavanları rəmzi mənada təbii bitki boyaları ilə naxışlanmışdı. Muzeydə çobanyastığı, boymadərən, gülxətmi, bağayarpağı, ətirşah, qatırquyruğu, yovşan, gicitkən, qırxbuğum, dağ tərxunu, adaçiçəyi, darçın, dağ nanəsi, ümumiyyətlə, 50-dən çox dərman bitkisi nümayiş etdirilirdi. Ağacdan toxunmuş dibçək və səbətlərdə əkilən çəmən ətirli dərman bitkiləri muzeyi kiçik bir dağ bağçasına bənzədirdi. Həmin şəfaverici bitkilərin demək olar ki, hamısı Şuşanın yaylaqlarında, dağ və yamaclarında bitirdi. Bir yanda isə keçmiş təbabətdə istifadə edilən sənətkarlıqla işlənilmiş qab-qacaq, saxsıdan düzəldilmiş mis həvəngdəstə, dərman hazırlamaq üçün şüşə qablar, manqal, sandıq, gülab qabı, kasa və cam qoyulmuşdu. Mirzə Sadıq Lətifov, Mirzə Məmmədqulu Təbib, Mir Möhsün Nəvvab, Mirzə Cavad Qayıbov, Mirzə Hüseyn, Əbdülkərim bəy Mehmandarov kimi el təbiblərinin yağlı boya ilə çəkilmiş portretləri divar boyu sıralanmışdı. Bir guşədə isə məşhur xalq həkimlərinin təbabətə aid kitablarından ekspozisiya təşkil olunmuşdu.

Muzeyin nəzdində 666 nömrəli aptek fəaliyyət göstərirdi. Burada əhaliyə əczaçılıq xidməti göstərilir, təbii bitkilər və onlardan hazırlanan dərmanların açıq satışı təşkil edilirdi. Şəfaverici bitkilərdən dəmləmə və bişirmə şəklində elə muzeydə istifadə olunurdu. Dərman bitkiləri muzeyi əhalinin sağlamlığının qorunması işində, xalq təbabətinin ən gözəl ənənələrini yaşatmaq və təbii bitkilərlə müalicənin təbliği sahəsində mühüm rol oynamışdır”.

Tədqiqatçı-jurnalist mövzunu davam etdirərək deyib: “Şuşa Daş Sənətkarlığı Muzeyi 1983-cü ildə Şuşa Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının təşəbbüsü və şəhər camaatının köməyi ilə yaradılmışdı. “Gəncə qapısı”nın mühafizə zonasında açıq səma altında fəaliyyət göstərirdi. Xarakterinə görə respublikada ilk muzey idi. Burada Usta Qənbər Qarabaği, Məşədi Xaspolad, Kəblə Əkbər, Məmmədyar kimi bir çox Qarabağ memarları, naqqaşları, xəttatları, daşyonanları və başqa sənətkarların müxtəlif dövrlərə aid 150-yə yaxın yazılı və epiqrafik sənət əsəri nümayiş etdirilirdi. Şuşanın daş sənəti tarixinin və xalq sənətkarlarının daş üzərindəki sənətkarlığını əks etdirən bu incəsənət əsərləri arxeoloji qazıntılar zamanı rayon ərazisindən tapılmışdı. Burada nümayiş etdirilən oyma, yonma və kəsmə üsullarla düzəldilmiş, nəfis şəkildə işlənilmiş milli naxışlı bulaqaltı və sütunaltı daşlar, bəzəkli qapı tağları kompozisiyası, buxarı, quyu, səki və pilləkən daşları, iri ölçülü ləyənlər və məhəccərlər, su qazanları, novlar, yonma texnikası, estetik və texnoloji xüsusiyyətləri, realist ənənələri ilə seçilirdi. Həmin sənət əsərlərinin müəllifləri daş alətlər vasitəsilə onların üzərini ustalıqla bəzəmiş, bədii cəhətdən yüksək səviyyəli sənətkarlıq nümunələri yarada bilmişlər. Muzey 1992-ci ildə erməni işğalı zamanı dağıdılmışdır.

Üzeyir Hacibəylinin ev-muzeyi 1962-ci ildə bəstəkarın doğulduğu, uşaqlıq və ilk gənclik illərində yaşadığı dörd otaqlı evdə açılmış, sonralar dahi sənətkarın 100 illiyi ərəfəsində qonşu binanın hesabına genişləndirilmişdi. Hacıbəyovlar ailəsinin yaşadığı mühiti əks etdirən muzeydə Üzeyir bəyin uşaqlıq və gənclik dövrünə aid sənədlər, əşyalar, fotoşəkillər və s. saxlanılırdı. Muzeyin qarşısında bəstəkarın abidəsi ucaldılmışdı. 1992-ci ildən sonra Şuşanın başqa tarixi, maddi- mədəniyyət və memarlıq abidələri kimi həmin muzey də erməni vəhşiliyinin qurbanı olub.

Bülbülün ev-muzeyi 1983-cü ildə dahi müğənninin doğulduğu evdə açılmışdı, Bakıdakı ev-muzeyinin filialı idi. İki otaq və eyvandan ibarət evin quruluşunun əvvəllər olduğu kimi saxlanılması memorial muzeyin iki əsas məsələnin - Bülbülün yaşadığı şəraitin canlandırılması və onun çoxsahəli yaradıcılığının nümayiş etdirilməsi, ekspozisiyanın emosional təsiri ilə elmi dəqiqliyinin birləşdirilməsinin həll edilməsinə şərait yaradırdı.

Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini keçirmiş, ilk dəfə musiqi aləminə burada qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdı. Süleyman Rüstəmin və Tofiq Bayramın Bülbülə həsr etdikləri şeirlərin fotoşəkilləri isə muzeyin ekzpozisiyasının emosional təsirini daha da artırırdı.

Şuşa Dövlət Rəsm Qalereyası 1984-cü ildə Zöhrabbəyovların malikanəsində fəaliyyətə başlamışdı, on salondan ibarət idi. Qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi, məşhur rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabağinin öz kitablarına çəkdiyi illüstrasiyalar, xalqımızın həyatı, məişəti, adət-ənənələrindən söhbət açan, gil, metal, mis və ağacdan yüksək bədii zövqlə düzəldilmiş dekorativ tətbiqi sənət nümunələri təşkil edirdi. Burada, o cümlədən, tanınmış qrafika, tişə və fırça ustalarının, yerli rəssamların təsviri sənətin müxtəlif növlərində yaratdıqları 200-ə yaxın rəngkarlıq və qrafika əsərləri toplanılmışdı.

Qalereyanın nəzdində fəaliyyət göstərən təsviri sənət dərnəyinin onlarla istedadlı üzvü vardı. Burada əlində fırça tutmağı yenicə öyrənən məktəblilərə peşəkar sənətkarlar məsləhət verir, onlarda bu sənətə məhəbbət və meyil oyadır, sənətin sirlərini öyrədirdilər. Qalereyanın böyük bir zalı balaca rəssamların ixtiyarına verilmişdi. Burada onların ən yaxşı əl işləri ilə tanış olmaq mümkün idi və bu da onu göstərirdi ki, həmin gənclərin sənətə marağı və həvəsi ötəri deyil. Qalereya gənclərin sevimli sənət ocağına çevrilmişdi”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub